CƏMİYYƏT


“İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçalar nəşr edilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) I və IV ixtisas qrupunda müsabiqədə iştirak hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaları nəşr edib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, “Abituriyent” jurnalının xüsusi buraxılışı olan kitabçalarda I və IV ixtisas qrupunda müsabiqədə iştirak hüququ qazanmış abituriyentlərin imtahan ballarının paylanması, ali təhsil müəssisələrinə ixtisas qrupu üzrə qəbul planı, dövlət sifarişi üzrə yerlərin sayı, müsabiqə şərtləri və digər zəruri məlumatlar təqdim olunub.

Diqqətə çatdırılır ki, II və III ixtisas qrupunda müsabiqədə iştirak hüququ qazanmış abituriyentlər üçün bu kitabçalar ali təhsil müəssisələrinə cari ilin məzunları üçün iyulun 23-də keçiriləcək qəbul imtahanının nəticələri elan edildikdən sonra çap olunacaq.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m. ünvanlarında yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar:

Jurnalın elektron versiyasını (pdf formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının online satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür (xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.