REGİONLAR


İxtisasartırma kursunu bitirən 24 nəfərə sertifikat verilib

A+ A

Naxçıvan, 4 iyul, AZƏRTAC

Naxçıvan Müəllimlər İnstitutunda elektron lövhədən istifadə qaydaları, yeni təlim metodlarının tətbiqi üzrə təşkil olunan ixtisasartırma kursunu bitirənlərə sertifikatların təqdim edilməsi mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə ali təhsil ocağının rektoru, professor Oruc Həsənli çıxış edərək muxtar respublikanın ümumtəhsil məktəblərində müəllim və şagirdlərin ixtiyarında 600-dən çox elektron lövhənin olduğunu bildirib. Dərslərdə elektron lövhənin tətbiqinin müəllimlə şagird arasında informasiya mübadiləsinin səmərəliliyinin yüksəldilməsinə geniş imkanlar yaratdığını qeyd edən rektor deyib ki, buna görə də müəllimlər elektron lövhənin imkanlarından geniş istifadə etməyi bacarmalı, bu lövhələrdən maksimum şəkildə yararlanmaq üçün lazım olan proqramları yaxşı mənimsəməlidirlər.

Sonra kursu bitirən 24 nəfərə sertifikatlar təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.