REGİONLAR


İxtisaslaşdırılmış kurslar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində mühüm rol oynayır VİDEO

A+ A

Tovuz, 23 avqust, Famil Quliyev, AZƏRTAC

Avqustun 23-də 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi dairə seçki komissiyasında (DSK) dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar davam etdirilib. Kurslar Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında təşkil olunub.

AZƏRTAC xəbər verir ki, dairə seçki komissiyasının 9 üzvünün, 37 seçki məntəqəsi sədrlərinin iştirak etdikləri kursun ikinci günündə MSK-nın nümayəndələri Tofiq Həsənov və Şirzad Məmmədov “Referendum aktı layihəsinin seçicilərə çatdırılmasında aşağı seçki komissiyasının vəzifələri. Referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri” mövzusunda məruzələri dinlənilib.

Kursun digər mövzusu seçici siyahılarının təkmilləşdirilməsi, rəsmi referendum sənədlərinin daşınması və saxlanılmasının təhlükəsizliyinin təmin edilməsi, habelə asayişin qorunmasında Daxili İşlər Nazirliyi orqanlarının rolu, onların seçki komissiyaları ilə qarşılıqlı əlaqələri mexanizmlərinə həsr olunub. Bununla bağlı iştirakçılar qarşısında rayon polis şöbəsinin rəisi, polis polkovniki Şirzad Ələsgərov çıxış edib.

Dairə seçki komissiyasının sədri İlqar Hüseynov isə referenduma hazırlıq, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkilindən danışıb. DSK sədri qeyd edib ki, belə kursların keçirilməsi komissiya üzvlərinin maarifləndirilməsi məqsədi daşımaqla yanaşı, həm də onların siyasi biliklərinin artırılmasında, həyata keçirdikləri hər bir seçki hərəkətinə məsuliyyətlə yanaşmalarında, seçkilərin, o cümlədən referendumun demokratik və şəffaf keçirilməsində mühüm rola malikdir.

İxtisaslaşdırılmış kurslar avqustun 23-də 98 saylı Şəmkir şəhər, 99 saylı Şəmkir kənd, 100 saylı Şəmkir-Daşkəsən, 105 saylı Tovuz, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairəsi dairə seçki komissiyalarında da davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.