REGİONLAR


İxtisaslaşdırılmış kurslara 85 saylı Şamaxı seçki dairəsinin 63 seçki məntəqəsinin sədrləri cəlb olunub

A+ A

Şamaxı, 22 avqust, AZƏRTAC

Avqustun 22-də 85 saylı Şamaxı seçki dairəsində keçirilən seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslarda dairə seçki komissiyasının üzvləri və dairənin əhatəsində olan 63 seçki məntəqəsinin sədrləri iştirak edir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” əsasında dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda seçki hüquqları üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.

85 saylı Şamaxı seçki dairəsində keçirilən kursun birinci günü “Seçici siyahıları ilə işin aparılması, referendumqabağı təşviqatın aparılmasına şərait yaradılması, bildirişlərin seçicilərə çatdırılması və sair bu kimi istiqamətlərdə yerli icra və bələdiyyə qurumlarının rolu və onların seçki komissiyaları ilə səmərəli qarşılıqlı əlaqələrinin qurulması” mövzusunda məruzə ilə başlayıb. Bununla bağlı rayon icra hakimiyyəti başçısının birinci müavini Qasım Qasımovun məruzəsi dinlənilib.

Daha sonra rayon məhkəməsinin hakimi Ehtibar Hümbətov referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları ilə bağlı məsələlərə aydınlıq gətirib. O, həmçinin aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri barədə də ətraflı məlumat verib.

Hər iki mövzu ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

İxtisaslaşdırılmış kursun ilk günü seminarla yekunlaşıb. Dairə seçki komissiyasının sədri Hüseyin Rəcəbov seçici siyahıları ilə iş qaydası barədə mövcud qanunvericiliyin tələblərini ətraflı izah və şərh edib.

Müvafiq kurslar 57 saylı Kürdəmir, 86 saylı İsmayıllı, 87 saylı Ağsu-İsmayıllı, 91 saylı Ucar, 92 saylı Zərdab-Ucar seçki dairələrində də təşkil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.