REGİONLAR
İxtisaslaşdırılmış kurslarda seçki hüquqlarının pozulmasına görə məsuliyyət məsələsi müzakirə olunub
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün Qazaxda keçirilən ixtisaslaşdırılmış kurslarda seçki prosesində seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları müzakirə olunub.
Bunu AZƏRTAC-a 107 saylı Qazax seçki dairəsi dairə seçki komissiyasının sədri Xəyyam Salehov bildirib. Kursların üçüncü günü rayon prokurorunun müavini Rafael Həsənov “Seçki subyektləri, seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri”, dairə seçki komissiyasının sədri X.Salehov isə “Bələdiyyə seçkilərinin keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi. Bu istiqamətdə məntəqə seçki komissiyalarının fəaliyyətinin təşkili və vəzifələri” mövzularında çıxış ediblər.
Sonda iştirakçıların sualları cavablandırılıb.