SİYASƏT


İxtisaslaşdırılmış kursların ikinci günü maraqlı müzakirələrlə yadda qalıb

A+ A

Bakı, 23 avqust, AZƏRTAC

16 saylı Yasamal ikinci seçki dairəsi dairə seçki komissiyasında aşağı seçki komissiyalarının üzvləri və sədrləri üçün ixtisaslaşdırılmış kurslar avqustun 23-də maraqlı müzakirələrlə davam etdirilib.

AZƏRTAC xəbər verir ki, kurslar Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın seçki komissiyalarına aid olan hissəsinin icrası ilə əlaqədar təşkil olunub.

Dairə seçki komissiyasının sədri Sədaqət Seyidzadə bildirib ki, Yasamal ikinci seçki dairəsində 29 daimi məntəqə ilə yanaşı, referenduma 5 gün qalmış 1 hərbi hissədə seçki məntəqəsi yaradılacaq. Ümumilikdə dairə üzrə 38406 seçici var ki, onların da 420-si ilk dəfə səs verənlərdir.

Qeyd edilib ki, dairə seçki komissiyası referendumun Seçki Məcəlləsində, Konstitusiyada və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada, təlimata uyğun yüksək səviyyədə keçirilməsini təmin edəcək.

Kurslar çərçivəsində təşkil olunan seminarda Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Arifə Muxtarova, Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov çıxış ediblər. Bildirilib ki, kursların ikinci günündə “Referendumun keçirilməsi ilə bağlı aşağı seçki komissiyalarının vəzifələri, referendum prosesində KİV-lərin rolu, yerli və xarici müşahidəçilərin hüquq və vəzifələrinin praktiki tərəfləri”, “Referendumda iştirak hüququ və onun təminatının qanunvericilik əsasları, aşağı seçki komissiyaları və məhkəmələr tərəfindən referendumda iştirak hüququnun qorunması mexanizmləri” və “Referenduma hazırlıq, referendumun keçirilməsi, səslərin hesablanması və nəticələrin rəsmiləşdirilməsi işində məntəqə seçki komissiyalarının vəzifələri və fəaliyyətlərinin təşkili” mövzuları ətrafında müzakirələr aparılıb.

Sonda kurs iştirakçılarının sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.