İDMAN


İyirmi üç yaşadək cüdoçular arasında açıq Bakı birinciliyinə yekun vurulub

Bakı, 2 iyun, AZƏRTAC 

Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən daha bir yarışa yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 23 yaşadək cüdoçular arasında baş tutan açıq Bakı birinciliyi bir çox maraqlı anları ilə yadda qalıb.

“Sərhədçi” Olimpiya İdman Kompleksində iki gün ərzində keçirilən birincilikdə paytaxt cüdoçuları ilə yanaşı Gəncə və İsmayıllının gənc kimano ustaları da mübarizə aparıblar. Üç yüzdən çox cüdoçunun qatıldığı yarışın qaliblərinə medal, diplom və fəxri fərmanlar təqdim edilib.

Qeyd edək ki, bu yaş kateqoriyası üzrə respublika birinciliyi iyunun son günlərində keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.