İQTİSADİYYAT


İyulda 1660 “Elektron imza” sertifikatı istifadəyə verilib

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən cari ilin iyul ayı ərzində dövlət qurumları üzrə 1242, hüquqi şəxslər üzrə 350, fiziki şəxslər üzrə isə 68 olmaqla, ümumilikdə 1660 “Elektron imza” sertifikatı istifadəyə verilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, indiyədək Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən ümumilikdə 94 min 662 “Elektron imza” sertifikatı istifadəyə verilib. Bundan 62 min 264-ü dövlət qurumlarının, 16 min 140-ı hüquqi şəxslərin, 16 min 258-i isə fiziki şəxslərin payına düşüb.

Qeyd edək ki, “elektron imza” həmçinin "Elektron hökumət" portalının audentifikasiya vasitələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.