İQTİSADİYYAT


İyulda 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş yararlanıb

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

İyul ayında İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzinin səsli menyu xidmətindən 300-ə yaxın vətəndaş istifadə edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 7 istiqamət üzrə məlumat verən Çağrı Mərkəzinin səsli menyusundan istifadə edənlər daha çox İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən lisenziyalar barədə məlumat əldə ediblər.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin 195-2 Çağrı Mərkəzi canlı rejimdə fəaliyyət göstərdiyi zaman müraciət edənlərə səsli menyu vasitəsilə "1" düyməsini seçərək operatorla canlı əlaqə yaratmaqla bərabər, "2" düyməsini seçməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair müvafiq ümumi məlumatlar əldə etmək imkanı verir. Vətəndaş 195-2-2 yığdıqdan sonra "1" düyməsi vasitəsilə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi qaydaları, "2" düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziyalar, "3" düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədinin verilməsi qaydası, "4" düyməsi vasitəsilə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi qaydası, "5" düyməsi vasitəsilə İqtisadiyyat Nazirliyi tərəfindən qrant müqavilələrinin (qərarların) qeydə alınması qaydası, "6" düyməsi vasitəsilə sahibkarlıq sahəsində qanunvericiliyə uyğun olaraq həyata keçirilən yoxlamaların dövlət tənzimlənməsi və "7" düyməsi vasitəsilə istehlakçıların hüquqlarının müdafiəsi barədə ümumi məlumatlar əldə edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.