İQTİSADİYYAT


İyulda BTC kəməri ilə 2,5 milyon ton Azərbaycan nefti nəql olunub

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Cari ilin iyul ayı ərzində Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2,5 milyon ton Azərbaycan nefti nəql edilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyul aylarında həmin kəmərlə 17,7 milyon ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən cari il avqust ayının 1-dək BTC-yə 369,9 milyon ton neft vurulub.

Bundan başqa, bu ilin iyul ayında BTC kəməri ilə 430 min 110 ton Türkmənistan nefti nəql olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.