REGİONLAR


İyulda “Mingəçevir” SES-də 70,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

“Mingəçevir” su elektrik stansiyasında (SES) cari ilin iyul ayında 70,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib. Ötən 7 ayda isə SES-də elektrik enerjisi istehsalı 308,8 milyon kilovat-saata yaxın olub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi”ndə avadanlığın iş səmərəliliyinin artırılması məqsədilə bir sıra təmir və texniki təftiş işləri aparılıb, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Yenidənqurmanın tamamilə başa çatması üçün ölkə rəhbərliyi tərəfindən bu gün də müvafiq addımlar atılır və silsilədə bu istiqamətdə işlər davam etdirilir.

Enerji istehsalı ilə silsilənin “Mingəçevir” su elektrik stansiyası (SES) məşğul olub. Silsilədə aparılan tikinti-quraşdırma işləri çərçivəsində son üç ay ərzində iki hidroaqreqatın yenidən qurulması işləri davam etdirilib, bir hidroaqreqat isə əsaslı təmir olunub. Eyni zamanda, işdə olan digər hidroaqreqatlarda cədvəl üzrə nəzərdə tutulmuş müxtəlif təyinatlı təmir işləri də həyata keçirilib. Bütün bunlarla yanaşı, “Varvara” SES-də də yenidənqurma işləri davam etdirilir.

Silsilədə, həmçinin yanğın təhlükəsizliyinə qarşı bir sıra tədbirlər həyata keçirilib.

Qeyd edək ki, yenidənqurma işləri nəticəsində bu stansiyalarda 90 MVt əlavə generasiya gücü əldə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.