DÜNYA


İyulda Rusiyada ümumi daxili məhsul 0,1 faiz azalıb

A+ A

Bakı, 27 avqust, Nihad Budaqov, AZƏRTAC 

Rusiyada ümumi daxili məhsul (ÜDM) son 2 aylıq sabit dövrdən sonra iyul ayında yenidən 0,1 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, illik göstəricidə isə Rusiya iqtisadiyyatı iyul ayında 0,7 faiz azalıb.

Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev daha əvvəl etdiyi şərhdə, iyul ayında illik azalmanın 0,6 faiz səviyyəsində reallaşacağını nəzərdə tutduqlarını bildirmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.