CƏMİYYƏT


İyulda Təhsil Nazirliyinə 19 min 815 müraciət daxil olub

A+ A

Bakı, 1 avqust, AZƏRTAC 

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2016-cı ilin iyul ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, bu qurumun vətəndaşlarla iş bölməsinə 19 min 815 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 15 min 212 zəng (2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çox, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox) qəbul edilib.

Vətəndaşların Qəbulu Mərkəzində isə 4 min 603 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib. Vətəndaşların Qəbulu Mərkəzində 1.461 sənəd (606 məktub, 526 ərizə, 329 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlərdə daha çox müəllimlərin işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), xüsusi istedada malik uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı məsələlər əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.