İQTİSADİYYAT


İyulda avtonəqliyyat vasitələri üzrə 2,2 milyon manat sığorta ödənişi həyata keçirilib

A+ A

Bakı, 2 avqust, AZƏRTAC

Bu ilin iyul ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1743 sığorta tələbi qeydiyyata alınıb. Bu tələblər üzrə 2,2 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İSB-dən AZƏRTAC-a bildirilib ki, iyul ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1235 manat təşkil edib. Ötən ay 2015-ci ilin iyul ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 11 faiz azalma müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.