İQTİSADİYYAT


İyulda qlobal neft təklifi gündəlik 240 min barrel çoxalıb

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

İyulda qlobal neft təklifi iyun ayı ilə müqayisədə gündəlik 240 min barrel artaraq 95 milyon 140 min barrel olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, qlobal neft təklifi OPEC və qeyri-OPEC ölkələrdəki hasilatın artması ilə yüksəlib. Qeyri-OPEC ölkələrinin neft təklifi isə iyulda iyun ayına nisbətən gündəlik təxminən 200 min barrel artıb.

Qeyri-OPEC ölkələrin builki neft təklifi yaranacaq istehsal çətinliklərinin təsiri ilə 2015-ci ilə nisbətən 790 min barrel azalaraq gündəlik 56 milyon 130 min barrel təşkil edəcək. Qeyri-OPEC ölkələrinin neft təklifi 2017-ci ildə isə gündəlik 55 milyon 970 min barrelə geriləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.