İQTİSADİYYAT


İyulda vergi orqanlarına daxil olan müraciətlərin 74,2 faizi müsbət həll olunub

Bakı, 10 avqust, AZƏRTAC

Bu ilin iyul ayında vergi orqanlarına 7 min 930, ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,6 faiz çox müraciət daxil olub.

AZƏRTAC “vergiler.az” saytına istinadla bildirir ki, 90,8 faizi ərizə, 9 faizi şikayət, 0,2 faizi təkliflərdən ibarət olan müraciətlərin 36,1 faizi kameral vergi yoxlamaları, 35,7 faizi müxtəlif arayışların alınması, 8,8 faizi vergi borcları, 3,4 faizi vergidən yayınma, nağd hesablaşmaların aparılması qaydalarının pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı olub.

Bütün müraciətlərə vaxtında baxılıb və onların 74,2 faizi müsbət həll edilib.

Ay ərzində vergi orqanlarında ümumilikdə 383 vətəndaş qəbul edilib, onlara qanunvericilik çərçivəsində lazımi kömək göstərilib və ya müvafiq izahatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.