REGİONLAR


İyulun 13-də bəzi rayonların təbii qaz təchizatında məhdudiyyətlər olacaq

A+ A

Bakı, 12 iyul, AZƏRTAC

İyulun 13-də saat 10-dan 18-dək SOCAR-ın “Qaz İxrac” İdarəsinin Ağdam magistral qaz kəmərləri sahəsinin “Quzanlı”, “Qaradəmirçi”, “Ağcabədi”, Qazax magistral qaz kəmərləri sahəsinin “Əskipara” və “Qazax”, Astara magistral qaz kəmərləri sahəsinin “Masallı”, “Tüklə”, “Xarxatan” və “Avrora” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Lənkəran rayonunun Liman, Hirkan, Gərmətük, Aşağınüvədi, Boladi, Şağlasel və Mamusta, Masallı rayonunun Ərkivan, Musaküçə, Qızılavar, Mahmudavar, Türkoba, Bədalan və Boradigah kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilın məlumata görə, aparılan işlərin Ağcabədi, Ağdam, Bərdə və Qazax rayonlarının bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.