ELM VƏ TƏHSİL


İyulun 22-də keçirilmiş qəbul imtahanının  nəticələri elan edilib

Bakı, 24 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyulun 22-də ali təhsil müəssisələrinə birinci və dördüncü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini iyulun 24-də saat 17:35-dən etibarən elan edib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak edən abituriyentlər bu qurumun internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə vermiş 27 min 962 abituriyentdən 1.366-sı imtahanda iştirak etməyib. On üç abituriyent imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

İmtahanda birinci ixtisas qrupu üzrə iki abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin və Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunları), dördüncü ixtisas qrupu üzrə isə bir abituriyent (Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.

İyulun 22-də Azərbaycan Kooperasiya Universitetində imtahanda iştirak edən və binadan kənarda baş vermiş yanğın hadisəsi ilə əlaqədar təxliyə olunan abituriyentlər üçün qəbul imtahanı iyulun 27-də keçiriləcək. Həmin abituriyentlər üçün “imtahana buraxılış vərəqəsi” iyulun 25-də gün ərzində DİM-in saytında yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.