CƏMİYYƏT


İyulun 29-da rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçiriləcək

A+ A

Bakı, 26 iyul, AZƏRTAC 

İyulun 29-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, imtahanda iştirak etmək üçün ərizə vermiş namizədlər iyulun 21-dən etibarən Komissiyanın internet saytına (https://eservices.tqdk.gov.az/brxvrez/?frm=egov) daxil olaraq “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap edirlər. İyulun 26-da saat 11.30-a olan məlumata əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 442 namizəddən 58-i “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməyib.

Namizədlər imtahana özləri ilə iki sənəd gətirməlidirlər: şəxsiyyəti təsdiqləyən sənədin əslini və “Namizədin imtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq aşkarlandıqda namizəd imtahana buraxılmayacaq.

Xatırladaq ki, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi – ixtisas fənləri üzrə online sınaq imtahanı aparılır. Saat 11.30-a olan məlumata əsasən, cəmi 174 nəfər sınaq imtahanında iştirak edib. Arzu edənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməklə online rejimdə sınaq imtahanında iştirak edə bilərlər. Namizədlərə online sınaq imtahanından faydalanmaq tövsiyə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.