İQTİSADİYYAT


İyun ayında 827 “Yaşıl kart” müqaviləsi bağlanılıb

A+ A

Bakı, 3 iyul, AZƏRTAC

“Yaşıl kart” sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən iyunda 827 beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, bu müqavilələrdən 783-ü Türkiyə və İrana, 37-si “Yaşıl kart” sisteminə daxil olan bütün ölkələrə, 7-si isə Moldova və Ukraynaya səfər edən avtonəqliyyat vasitələri ilə bağlı olub. Bu müddətdə beynəlxalq sığorta müqavilələri üzrə sığorta haqları 63 min 676 manat təşkil edib.

“Yaşıl kart” üzrə bağlanılan müqavilələrin 703-ü minik, 62-si yük, 52-si qoşqu, 8-i avtobus, 2-si isə motosiklet kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.