İQTİSADİYYAT
İyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7036 müqavilə bağlanılıb
Bakı, 7 iyul, AZƏRTAC
2017-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 7036 sığorta müqaviləsi bağlanılıb.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildirilib ki, sığorta şirkətlərinə daxil olan sığorta haqlarının məbləği 2 808 636 manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 5038-i yaşayış evləri və mənzillər, 22-si inzibati binalar, 1976-sı isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə müqavilələrin sayında və sığorta haqlarının məbləğində müvafiq olaraq 40 faiz və 33 faiz azalma müşahidə edilib.
Hesabat dövründə daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 163, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 3 sığorta müqaviləsi bağlanılıb.
Hazırda daşınmaz əmlakın icbari sığortası növü üzrə İcbari Sığorta Bürosunun iştirakçıları olan 13 sığorta şirkəti fəaliyyət göstərir.