İQTİSADİYYAT
İyunda “Cənub Elektrik Stansiyası”nda elektrik enerjisi istehsalı artıb
Bakı, 15 iyul, AZƏRTAC
Bu ilin iyununda “Cənub Elektrik Stansiyası”nda 318,4 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Bu da 2015-ci ilin müvafiq dövründəki istehsaldan 97,6 milyon kilovat-saat çoxdur.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin birinci yarımilliyi ərzində bu elektrik stansiyasında 2 milyard 257,8 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib ki, bu da 2015-ci ilin müvafiq dövründəkindən 58,9 milyon kilovat-saat çoxdur. Son üç ay ərzində stansiyanın əsas və köməkçi avadanlıqlarda müxtəlif təyinatlı cari təmir işləri aparılıb.
Enerji təhlükəsizliyi prinsipinə görə, digər analoji stansiyalardan fərqli olaraq, sözügedən stansiyada üç yanacaq növündən - qaz, mazut və dizeldən istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]