İQTİSADİYYAT


İyunda Ceyhan limanından 2,1 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Bu ilin iyununda 2 milyon 143 min 253 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 424 min 400 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac edilən neftin həcmi 14 milyon 774 min 660 ton olub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il iyulun 1-dək Ceyhan limanından 305 milyon 962 min 432 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.