İQTİSADİYYAT


İyunda SOCAR-da elan olunan 76 adda vakansiyaya 7 min 305 nəfər müraciət edib

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

İyunda SOCAR-ın rəsmi internet səhifəsində (www.socar.az) müxtəlif vəzifə və peşələr üzrə 76 adda vakansiya elan olunub, həmin vakansiyalara 7 min 305 nəfər müraciət edib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, elektron qaydada müraciət etmiş şəxslərdən 812 nəfəri test imtahanına dəvət olunub, növbəti mərhələlərə 318 nəfər keçib, onlardan 79 nəfəri peşə sınaq imtahanında, 239 nəfəri isə müsahibədə iştirak edib. Bütün müsabiqə mərhələlərindən müvəffəqiyyətlə keçən 50 nəfər SOCAR-ın strukturlarında işə qəbul olunub. Müsabiqənin bütün mərhələləri obyektivlik və şəffaflıq tam təmin olunmaqla elektron qaydada, videoçəkiliş vasitəsilə qeydə alınmaqla həyata keçirilib. Namizədlər yekun nəticə ilə “Karyera” panelinin “İşə qəbul” bölümünün “Müsabiqə nəticələri” hissəsində də tanış ola bilərlər.

Qeyd edək ki, SOCAR-da vakansiyalar mövcud olduqca, bunlar haqqında şirkətin rəsmi internet səhifəsinin (www.socar.az ) “Karyera” bölməsində məlumatlar yerləşdirilir. Test imtahanlarında təqdim olunan test tapşırıqları vasitəsilə işə qəbulla bağlı müraciət etmiş və vakansiyanın tələblərinə uyğun olan namizədlərin nəzəri və praktik bilikləri yoxlanılmaqla yanaşı, SOCAR-ın sərbəstləşən işçilərinin peşəkarlıq səviyyələri də qiymətləndirilir. İşə qəbul ilə bağlı test imtahanlarından uğurla keçən namizədlər vakansiyanın tələbindən asılı olaraq növbəti mərhələ olan müsahibə və ya peşə sınaq imtahanında iştirak etmək hüququ qazanırlar. Yekun mərhələdə uğur qazanan namizədlər SOCAR-da işlə təmin olunur. Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar e-mail və SMS vasitəsilə namizədlərə təqdim edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.