İQTİSADİYYAT


İyunda SOCAR tərəfindən 10450 metr qazma işi həyata keçirilib

Bakı, 6 iyul, AZƏRTAC

2017-ci ilin iyun ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 10450 metr qazma işi həyata keçirilib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, bu sahədə görülmüş işlərin 10111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73789 metr qazma işi görülüb ki, bunun da 68007 metri istismara, 5782 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.