REGİONLAR


İyunda “Şəki ES”də 18 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Cari ilin iyun ayında “Şəki Elektrik Stansiyası”nda 18 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal olunub.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin 6 ayı ərzində sözügedən enerji obyektində elektrik enerji istehsalı 112,2 milyon kilovat-saatdan çox olub. Enerji istehsalı üzrə verilmiş dispetçer tapşırıqlarının yerinə yetirilməsi ilə yanaşı, stansiyanın mövsümə hazırlığı da diqqət mərkəzindədir. Avadanlıqların keyfiyyətli istismarının təşkil olunması, qəza və imtinaların sayının minimuma endirilməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirilib və bu proses hazırda da davam etdirilir.

Son üç ay ərzində iki porşen tipli aqreqatda növbəti istismar həddinə uyğun texniki qulluq işləri başa çatdırılıb. Hazırda bir porşen tipli aqreqatda da əsaslı təmir işləri görülür. Eyni zamanda, 110 kilovoltluq açıq paylayıcı quruluşda avadanlıqların istismar səviyyəsinin yüksəldilməsi, payız-qış mövsümünə hazırlıq məqsədilə müvafiq tədbirlər də həyata keçirilib. Aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.