İQTİSADİYYAT


İyunda Vergilər Nazirliyinin Çağrı Mərkəzi 16 min 396 müraciəti cavablandırıb

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Bu ilin iyun ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən 16 min 396 sual xarakterli müraciət cavablandırılıb.

Bu barədə AZƏRTAC-a Vergilər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Müraciətlərin 24,33 faizi qeydiyyat, 17,94 faizi elektron xidmətlər, 16,22 faizi vergilərin növləri, 9,04 faizi vergi qanunvericiliyi, 5,67 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, qalanları isə digər məsələlər barədə olub.

Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 4 min 735 zəng daxil olub, 1761 zəng zamanı vergi borcu, 1357 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara qısa mesaj xidməti vasitəsilə 95 min 668 sayda SMS göndərilib.

İyunda vergi ödəyicilərinə xidmət strukturları tərəfindən 32 min 144 nəfərə 50 min 725 sayda müxtəlif xidmətlər göstərilib.

Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 389 min 908 daxilolma qeydə alınıb ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 42,9 faiz çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.