İQTİSADİYYAT


İyunda daşınmaz əmlakın icbari sığortası üzrə 11 min 639 müqavilə bağlanıb

A+ A

Bakı, 1 iyul, AZƏRTAC

İyunda daşınmaz əmlakın icbari sığortası üzrə 11 min 639 sığorta müqaviləsi bağlanıb.

İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği isə 4,2 milyon manat təşkil edib. Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 79,8 faizi yaşayış evləri və mənzillər, 0,4 faizi inzibati binalar, 19,8 faizi isə digər daşınmaz əmlakla bağlıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 14 faiz, sığorta haqlarının məbləğində isə 17 faiz azalma müşahidə edilib.

İyun ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 310, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 28 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları 22 min 680 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 7 194 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.