ELM VƏ TƏHSİL


İyunun 15-i Vətənini sevən və həmin çətin günləri görən insanlar üçün əsl qurtuluş tarixidir

Bakı, 14 iyun, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə BANM-in ümumi işlər üzrə prorektoru Rəşad Həsənov Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb.

“Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunu Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün əsl qurtuluş və Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan Heydər Əliyevdir”, - deyə prorektor bildirib. O qeyd edib ki, dahi lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycan müstəqil və güclü dövlətə çevrildi. R.Həsənov, həmçinin Prezident İlham Əliyevin Ulu Öndərin ideyalarının uğurlu davamçısı olduğunu bildirib.

BANM-in ingilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Heydər Əliyevin neft diplomatiyasının görünməyən tərəfləri” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, Heydər Əliyevin çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı.

Daha sonra 3-cü kurs tələbəsi Pakizə Paşayeva çıxışında Ulu Öndərin həyatından və ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Tədbirin sonunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.