ELM VƏ TƏHSİL


İyunun 17-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlandı

Bakı, 20 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 17-də Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

İmtahanın nəticələri iyunun 20-də saat 16:45-dən etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

IX sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 43779 şagirddən 341 nəfəri imtahana gəlməyib. 6 nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

XI sinif üzrə imtahanda iştirakı nəzərdə tutulan 32855 şagirddən 354 nəfəri imtahana gəlməyib. 28 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.