ELM VƏ TƏHSİL


İyunun 30-da keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanıb

Bakı, 1 iyul, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 30-da Bakı şəhərindəki xüsusi təyinatlı orta məktəblərin, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar və Qubadakı orta ümumtəhsil müəssisələrinin 9-cu və 11-ci siniflərində təhsil alan şagirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

İmtahanın nəticələri iyulun 1-də saat 19:00-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmiş şagirdlər DİM-in internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər iş nömrələrini mobil operatorlar vasitəsilə 7727 nömrəsinə göndərməklə də nəticələrini öyrənə bilərlər.

IX sinif üzrə məlumatlar:

İmtahanda iştirakı gözlənilən 32.390 şagirddən 394-ü imtahana gəlməyib. Dörd nəfər imtahan qaydalarını pozduğu üçün imtahandan xaric edilib.

XI sinif üzrə məlumatlar:

İmtahanda iştirakı gözlənilən 25.522 şagirddən 669-u imtahana gəlməyib. 26 nəfər qaydaları pozduğu üçün imtahandan xaric edilib.

Qeyd edək ki, buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Bakı şəhəri və regionlarda apellyasiya komissiyaları yaradılıb. Şagird və ya abituriyentlər apellyasiya komissiyalarına iyulun 3-4-də saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər. Apellyasiya komissiyaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

• DİM Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 (Bakı Asiya Universitetinin binasında)

• DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan şəhəri, Nizami küçəsi, 10);

• DİM-in Gəncə Regional Bölməsi (Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina);

• DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52);

• DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 7b);

• DİM-in Şəki Regional Bölməsi (Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182);

• DİM-in Şirvan Regional Bölməsi (Şirvan şəhəri, M.Rəsulzadə küçəsi, 19);

• DİM-in Göyçay Regional Bölməsi (Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43);

• DİM-in Bərdə Regional Bölməsi (Bərdə şəhəri, H. Əliyev prospekti, 100);

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.