DÜNYA
JAK ŞİRAK PREZİDENT VƏZİFƏSİ UĞRUNDA MÜBARİZƏYƏ BAŞLAYIR
PARİS. Prezident seçkilərinin birinci mərhələsinin başlanmasına 70 gün qalmış Jak Şirak ölkə prezidenti vəzifəsinə namizədliyini rəsmən irəli sürdüyünü açıqlamışdır. Bu bəyanat bir növ gözlənilməz olmuşdur, çünki prezidentin ətrafındakılar son anadək iddia edirdilər ki, o, namizədliyini irəli sürmək fikrində deyildir. Gözlənilirdi ki, o, eləcə də baş nazir Lionel Jospen öz qərarlarını fevralın axırlarında bildirəcəklər.
İTAR-TASS-ın yaydığı xəbərə görə, Jak Şirak ikinci müddətə prezident vəzifəsinə namizədliyini irəli sürərkən nəzərə çarpdırmışdır ki, indi Fransada başlıca vəzifə dövlətin azalmaqda olan nüfuzunu bərpa etməkdən, ölkə iqtisadiyyatına dinamizm verməkdən, vətəndaşların təhlükəsizliyi qeydinə qalmaqdan, hüquq və maliyyə sahələrində islahatlar aparmaqdan ibarətdir.
AZƏRTAC --0-- za
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]