SİYASƏT


JİJİ PRESS: Azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmaq istəyirlər

A+ A

Tokio, 11 oktyabr, AZƏRTAC

Yaponiyanın JİJİ PRESS informasiya agentliyinin baş redaktoru Okuyama Masaşinin müəllifi olduğu məqalədə deyilir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlər doğma yurdlarına qayıtmaq istəyirlər.

Agentliyin baş redaktoru sentyabrın 21-dən 30-dək Azərbaycanda səfərdə olub, V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməklə yanaşı, ölkəmiz haqqında silsilə məqalələr hazırlayıb.

Oktyabrın 10-da JİJİ PRESS-in yaydığı ilk məqalə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ata-baba yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərə həsr olunub.

Bakıda və ətraf qəsəbələrdə müvəqqəti məskunlaşan həmin insanlarla görüşən O.Masaşi məqalədə onların hazırkı həyat tərzini əks etdirməklə yanaşı, artıq 25 ildən çoxdur davam edən münaqişə barədə də ətraflı məlumat verir. Bildirir ki, xarici havadarlarının dəstəyinə arxalanan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır. Hələ də bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün həyatını yaşamağa məcburdur. Vurğulanır ki, BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi, qaçqın və məcburi köçkünlərin evlərinə qaytarılması barədə dörd qətnaməsinə baxmayaraq, Ermənistan həmin torpaqları işğal altında saxlamaqda davam edir. Hazırda Bakının Yasamal rayonunda tələbə yataqxanasında məskunlaşan Zəngilan rayonundan məcburi köçkün, 78 yaşlı Güldanə Kərimovanın sözlərini sitat gətirən müəllif yazır: “Mən öz evimdə ölmək istəyirəm”.

Cari ilin aprel döyüşləri barədə məlumat verən müəllif bildirir ki, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində 2 min hektar ərazi düşməndən azad edilib. Bu, doğma yurd həsrəti çəkən insanların ata-baba torpaqlarına qayıtmaq ümidini daha da gücləndirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.