SİYASƏT
JURNALİSTLƏR ÜÇÜN TRENİNQİN İKİNCİ MƏRHƏLƏSİ BAŞLAYIR
Sentyabrın 14-də Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti 1999-cu ildən həyata keçirilən “Məhkəmə və hüquq islahatları” layihəsi və “Kütləvi informasiya vasitələrində hüququn təbliği” proqramı çərçivəsində jurnalistlər üçün treninqin ikinci mərhələsinə başlayır. Treninqin “Jurnalistlərin hüquqi cəhətdən maariflənməsi” adlı birinci mərhələsi bu ilin aprel ayından Cəmiyyətin “Hüquq və media” tədris mərkəzində başlanmışdır.
Cəmiyyətin Bakı ofisinin məlumatına görə, treninqlərdən başlıca məqsəd Azərbaycan jurnalistikasının hüquqi bazasının beynəlxalq təcrübə əsasında möhkəmləndirilməsidir. KİV-in 16 nümayəndəsi treninqi uğurla başa çatdıraraq beynəlxalq sertifikatlar almışlar. Onların arasında “Yeni Azərbaycan”, “Xalq qəzeti”, “Exo” qəzetlərinin, “Space” və “Lider” televiziya kanallarının əməkdaşları var.