DÜNYA


Jak-İv Kusto haqqında film payızda ekranlara çıxacaq

A+ A

Bakı, 8 avqust, AZƏRTAC

30 milyon avro büdcəsi olan və 5 il müddətində ərsəyə gələn filmin rejissoru Jerom Salldır. Oktyabr ayında ekranlara çıxacaq avtobioqrafik “Odisseya” (L`Odysse) filmində Lamber Vilson və Odri Totu kimi ulduzlar çəkilib. Film dünya okeanının məşhur araşdırmaçısı Jak İv Kustoya həsr olunub.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, filmin çəkilişləri barəsində danışan Jerom Stall baş rolda Lamber Vilsonun çəkilməyini təkid edib. Kustonu yaxından tanıyan şəxslərin dediyinə görə, aktyor obrazını yaratdığı qəhrəmana oxşarlığı ilə diqqət çəkir. Onun həyat yoldaşı Simona Kustonu canlandıran Odri Totu da fransız kinematoqrafının ən parlaq ulduzlarından hesab olunur.

Qeyd edək ki, Jak-İv Kustoya dünya şöhrəti gətirmiş "Səssizlik dünyasında" (Le Monde du silence, 1956) filmi "Kalipso" gəmisində iki illik ekspedisiya zamanı çəkilmiş və Kann festivalında "Qızıl palma budağı"na layiq görülmüşdü. Əfsanəvi gəmi restavrasiya üçün Türkiyəyə göndərilib. İki il davam edəcək təmir işlərinə 10 milyon avro pul ayrılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.