SİYASƏT


Jan-Fransua Mansel: Fransa Ermənistana  təzyiq göstərməyə qadir ölkədir

Paris, 6 iyul, AZƏRTAC

Ermənistanın Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdiyi qanlı hadisənin qurbanlarının ailə üzvləri ilə həmrəyliyimi bildirir və onların kədərini bölüşürəm. İki yaşlı qızcığazın ailəsi daha çox kədər içindədir. Bütün azərbaycanlıların kədərini bölüşürəm, onlarla həmrəy olduğumu bildirirəm.

AZƏRTAC xəbər verir ki, bu fikri Fransada Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Mansel Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində dinc sakinlərin öldürülməsinə münasibət bildirərkən söyləyib.

Jan-Fransua Mansel bildirib ki, ermənilərin törətdikləri qanlı hadisə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı olunduğunu bizə bir daha xatırlatdı. Bölgədə gərginlik hər an mümkündür. İşğal olunmuş ərazilərdən dinc əhalinin atəşə tutulması mümkündür. Belə atəşlərin gördüyümüz kimi, ağır nəticələri olur.

“Ermənistan həmişə ikiüzlü olduğunu göstərir. O, çox vaxt qurban olduğunu inandırmağa çalışır, ancaq reallıqda isə Ermənistan əsl cəlladdır. Bu gün yaşadığımız bu faciə bir daha ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə xatırladır ki, status-kvo davam edə bilməz. Status-kvo ölüm generatorudur. Hər il qurbanlar olur. Bu kontekstdən mən Fransanın yeni Prezidentinə müraciət edirəm. Əgər o, beynəlxalq səviyyədə mühüm təşəbbüs qəbul etmək istəyirsə, belə bir təşəbbüs artıq var. Minsk qrupu toplanaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bu münaqişənin həlli yolu tapılmalıdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrinin tələbləri həyata keçirilməlidir. Davamlı sülhə nail olmaq vaxtıdır. Məncə, Fransa Ermənistana təzyiq göstərməyə qadir ölkədir. Təzyiq göstərmək lazımdır ki, Ermənistan ilk növbədə, işğal etdiyi torpaqları azad etsin. Bundan sonra davamlı sülhə nail olmaq üçün danışıqlara başlamaq olar və günahsız qurbanlar üçün göz yaşı axıdılmasına son qoyular”, - deyə Jan-Fransua Mansel vurğulayıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.