SİYASƏT


Jan-Fransua Mansel: “Milli Assambleyanın qərarı Fransa-Azərbaycan dostluğunun qələbəsidir” 

A+ A

Paris, 30 iyun, AZƏRTAC

Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin iclasında ermənipərəst deputatların Fransa ilə Azərbaycan arasında ikitərəfli siyasi, iqtisadi və diplomatik münasibətlərə dair xüsusi araşdırma komitəsinin yaradılması təklifinin yolverilməz olduğu bildirilib və bu barədə qətnamə layihəsi rədd edilib.

Azərbaycanın Dostları Assosiasiyasının sədri, deputat Jan-Fransua Mansel ermənipərəst deputatların irəli sürdükləri təklifin yolverilməzliyi və rədd edilməsi ilə bağlı Milli Assambleyanın qərarını yüksək qiymətləndirib və bununla bağlı məlumat yayıb.

Jan-Fransua Mansel ermənipərəst Fransua Roşbluanın irəli sürdüyü təklifin rədd edilməsi ilə bağlı Milli Assambleyanın xarici əlaqələr komitəsinin qəbul etdiyi məsuliyyətli qərarı alqışladığını bildirərək deyib ki, ermənipərəst deputat bu təkliflə yüksək səviyyəli Fransa-Azərbaycan diplomatik münasibətlərini və iki xalq arasında dərin dostluq əlaqələrini nəyin bahasına olursa-olsun ləkələməyə cəhd edirdi.

Xarici əlaqələr komitəsi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini əks etdirmək məqsədi ilə “Dağlıq Qarabağ məlumat missiyası” yaratmağı qərara alıb. Qərara ermənipərəst Fransua Roşbluandan başqa bütün deputatlar səs veriblər. Çünki belə bir missiyanın yaradılması onun Azərbaycana qarşı apardığı sistemli qarayaxma xarakterli hücumlarına cavab vermir.

“Fransa Milli Assambleyasının xarici məsələlər üzrə komitəsinin bu qərarı Fransa-Azərbaycan dostluğunun qələbəsidir”, - deyə Jan-Fransua Mansel vurğulayıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.