MƏDƏNİYYƏT


“Jara-2017” Beynəlxalq Musiqi Festivalı Rusiyanın Birinci kanalında yayımlanacaq

Bakı, 10 avqust, AZƏRTAC

Avqustun 11-də Rusiyanın Birinci kanalında Moskva vaxtı ilə saat 21:30-da “Jara-2017” festivalının birinci gününün konserti nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat festivalın “facebook” səhifəsində yer alıb.

Xatırladaq ki, “Jara-2017” festivalı iyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçirilib. Azərbaycanla yanaşı, Rusiya, İtaliya, Ukrayna, Belarus, Gürcüstan, Özbəkistan, Baltikyanı və digər ölkələrdən 800-dən çox musiqiçinin iştirak etdiyi bu festivalı canlı olaraq 40 mindən çox tamaşaçı izləyib.

Alla Puqaçova, Sofiya Rotaru, Layma Vaykule, Alessandro Safina, Qriqori Leps, Polad Bülbüloğlu, Lev Leşşenko, Vladimir Vinokur, Valeri Meladze, Filip Kirkorov, Kristina Orbakayte, Nikolay Baskov, EMİN, Oleq Qazmanov, Vera Brejneva, Svetlana Loboda, Ani Lorak və digər tanınmış estrada ulduzlarının iştirak etdikləri bu festival yayın ən qaynar hadisəsi olub.

Festivalın təşkilatçıları tanınmış müğənni və bəstəkar EMİN, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.