MƏDƏNİYYƏT


“Jara-2017”: Musiqisevərləri Alla Puqaçova ilə sürpriz görüş gözləyir

Bakı, 29 iyul, AZƏRTAC

“Sea Breeze” istirahət mərkəzində keçirilən “Jara-2017” Beynəlxalq Musiqi Festivalının üçüncü günü SSRİ Xalq Artisti Alla Puqaçovanın yaradıcılığına həsr olunacaq. Dünya şöhrətli müğənni Bakıda ən çox sevilən mahnılarını ifa edəcək. Tamaşaçılar, həmçinin sürpriz duetlərin şahidi olacaqlar.

AZƏRTAC xəbər verir ki, bu gün “Jara” festivalının səhnəsini Alla Puqaçova ilə birlikdə Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meladze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyk'oZA, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Aparıcılar Yana Çurikova və Maksim Qalkindir.

Xatırladaq ki, festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Həmin gün tamaşaçıların qarşısına Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyuk'oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.