MƏDƏNİYYƏT


“Jara-2017” musiqi festivalı “Bakıya qaçaq” mahnısı ilə açılıb

Bakı, 27 iyul, AZƏRTAC

Bu gün axşam saatlarında “Sea Breeze Resort” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalı start götürüb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə festival iştirakçıları qırmızı xalı üzərindən keçərək KİV nümayəndələrinin suallarını cavablandırıb, pərəstişkarları ilə fotoşəkillər çəkdiriblər. Onlar Azərbaycan qonaqpərvərliyindən heyranlıqla söhbət açıblar. Tədbirin bu hissəsində aparıcılığı Yuliya Lısenko və Slava Nikitin ediblər.

“Jara-2017” Beynəlxalq Musiqi Festivalı atəşfəşanlıqla başlayıb və ilk olaraq EMİN, Ani Lorak və Valeriyanın birgə ifasında “Bakıya qaçaq” mahnısı səsləndirilib.

Məlumat verilib ki, festivala müxtəlif ölkələrdən ümumilikdə 800-dən çox musiqiçi gəlib. Bu gün əlli ifaçı səhnəyə çıxacaq. Qala-konsertdə 2017-ci ilin populyar hitləri səsləndiriləcək.

Qala-konserti Yana Çurikova və Andrey Malaxov aparırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.