MƏDƏNİYYƏT


“Jara-2017”nin ikinci günü daha hərarətli olacaq VİDEO

Bakı, 28 iyul, AZƏRTAC

İyulun 28-də “Sea Breeze” istirahət mərkəzində “Jara-2017” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti olacaq.

AZƏRTAC xəbər verir ki, festivalın ikinci günü SSRİ Xalq Artisti Sofiya Rotarunun yubileyinə həsr olunacaq. Görkəmli müğənni festivalda ən yaxşı mahnılarını səsləndirəcək. Həmçinin Ani Lorak, Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMİN, İrina Dubtsova, Qlyukoza, Jasmin, Lev Leşşenko, Polad Bülbüloğlu və başqalarının iştirakı ilə qala-konsert təqdim ediləcək.

Qeyd edək ki, müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovun birgə təşkilatçılığı ilə ərsəyə gələn bu festivalın iştirakçılarının sayı artmaqdadır. Əgər keçən il Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlmişdisə, bu il bu rəqəm 800-ü keçir. Festivalı dörd gün ərzində “Sea Breeze”də canlı izləyənlərin sayının 32 minə çatacağı gözlənilir. İstirahət mərkəzində bu il çoxsaylı tamaşaçı tutumu olan fan-zona yaradılıb, VIP-masalar istisna olmaqla, 2 min oturacaq quraşdırılıb.

İyulun 29-da isə “Jara” festivalının səhnəsini Filip Kirkorov, A'Studio, LOBODA, EMİN, Valeri Meladze, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Diana Arbenina, Aleksandr Panayotov, Slava, Aleksandr Revva, Vladimir Presnyakov, Fabrika, Albina Canabayeva, Maksim Qalkin, Qlyukoza, Alessandro Safina, Stas Mixaylov, Oleq Qazmanov, Dmitri Malikov, Anjelika Aqurbaş, Darya Antonyuk və başqaları bölüşəcəklər. Konsertin ikinci hissəsində Alla Puqaçova ən çox sevilən mahnılarını ifa edəcək.

Festivalın sonuncu günündə - iyulun 30-da musiqi həvəskarlarını Qriqori Lepsin yaradıcılıq gecəsi gözləyir. Tamaşaçılara sürpriz duetlər, məşhur hitlərin yeni tərzdə ifası, bir-birindən parlaq musiqi nömrələri təqdim olunacaq. Həmin gün səhnəyə Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Nikolay Baskov, Stas Mixaylov, Aleksandr Panayotov, Diana Arbenina, EMİN, Qlyukoza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Aleksandr Marşal və başqaları çıxacaqlar.

“Jara-2017”nin aparıcıları Yana Çurikova, Andrey Malaxov və Maksim Qalkindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.