MƏDƏNİYYƏT


“Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb

Bakı, 8 iyun, AZƏRTAC 

İyulun 27-dən 30-dək Bakıda “Sea Breeze” istirahət mərkəzində keçiriləcək “Jara” Beynəlxalq Musiqi Festivalının proqramı açıqlanıb.

AZƏRTAC xəbər verir ki, festivalın açılış günündə - iyulun 27-də Vera Brejneva, Qriqori Leps, SEREBRO qrupu, Aleksey Vorobyov, LOBODA, Yolka, MBAND qrupu, Ani Lorak, Valeriya, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, MONATIK, “Vremya i Steklo”, EMIN, Yeqor Krid, MOT və başqaları səhnəyə çıxacaqlar.

İyulun 28-də Sofiya Rotarunun anadan olmasının 70 illiyi şərəfinə yubileyi konserti olacaq. Konsertdə Potap və Nastya, Timur Rodrigez, Artik & Asti, LOBODA, MBAND qrupu, Slava, Ani Lorak, Аlekseyev, Valeriya, Qriqori Leps, “Vremya i Steklo”, EMIN, İrina Dubtsova, Qlyk'oza, Nikolay Baskov və başqalarının Sofiya Rotarunun ən yaxşı mahnılarının müasir tərzdə ifa edəcəklər.

İyulun 29-da Alla Puqaçovanın yaradıcılıq gecəsi olacaq. Primadonnanın sevimli hitləri yeni tərzdə səsləndiriləcək. Müasir ifanı və dəbli aranjirovkaları ən parlaq ulduzlar təqdim edəcək. Konsertdə Filip Kirkorov, A’Studio, LOBODA, Qriqori Leps, Valeri Meladze, EMIN, Ani Lorak, Dima Bilan, Layma Vaykule, Kristina Orbakayte, Oleq Qazmanov, Diana Arbenina, Aleksandr Panayotov, Slava və başqaları çıxış edəcəklər.

Festivalın bağlanış günü – iyulun 30-da Qriqori Lepsin gecəsi olacaq. Tamaşaçıları gözlənilməz duetləri, məşhur hitlərin yeni oxunuşunu, maraqlı musiqi nömrələrini, parlaq ifaları görəcəklər. Həmin gün Sergey Lazarev, IOWA, Dima Bilan, Nərgiz, Valeri Meladze, LOBODA, Aleksandr Panayotov, Diana Arbenina, EMIN, Nikolay Baskov, Qlyuk’oza, Soso Pavliaşvili, Stas Pyexa, Lolita, Maksim Fadeyev, Aleksandr Marşal və başqaları çıxış edəcəklər.

Festivalın aparıcıları Andrey Malaxov, Yana Çurikova və Maksim Qalkindir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.