MƏDƏNİYYƏT


“Jara” festivalı Rusiya ilə Azərbaycan arasında mədəni körpüdür

Bakı, 28 iyul, AZƏRTAC

“Jara” festivalı Rusiya ilə Azərbaycan arasında mədəni körpüdür. Bu, iki ölkə arasında mədəni əlaqələrin inkişafı baxımından çox vacibdir.

Bu sözləri “Jara-2017” festivalının iştirakçısı, Rusiyanın musiqi prodüseri İosif Priqojin AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

“Xəzərin sahilində anadan olduğum üçün bura mənə həmişə doğmadır. Mən Dağıstanda anadan olmuşam, Bakıda isə qohumlarım və dostlarım çoxdur. Biz hər zaman sülh, əmin-amanlıq şəraitində yaşamışıq. İnsanlar müxtəlif millətlərlə qohum olur, dostlaşırdılar. Məhz buna görə heç bir xalqın bir-biri ilə düşmənçilik etməsini istəmirəm. Mən musiqinin, mədəniyyətin, incəsənətin qələbə qazanmağının tərəfdarıyam. Musiqi insanları birləşdirir. Ona görə də qoy, mədəniyyət körpüsü qələbə qazansın”, - deyə İosif Priqojin bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.