MƏDƏNİYYƏT


“Jara” festivalı hələ uzun illər yaşayacaq

Bakı, 30 iyul, AZƏRTAC 

“Jara” festivalı hələ uzun illər yaşayacaq. “Yurmala”, “Yeni dalğa” və digər festivallar kimi bu əsrarəngiz incəsənət bayramının da böyük tarixi olacaq. Ümidvaram ki, mənim çıxışım tamaşaçılara xoş anlar bəxş etdi.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində “Jara” festivalının iştirakçısı, Rusiyanın tanınmış müğənnisi və mahnı bəstəkarı Stas Mixaylov deyib.

“İndidən müğənnilər, şoumenlər, tanınmış ulduzlar bu festivalda iştirak etməyi səbirsizliklə gözləyirlər. Mənim müğənni dostlarım festival üçün məxsusi hazırlaşırlar. Repertuarlarından yeni mahnıları təqdim etməyə çalışırlar. Çox gözəl vəhdət var. Dəniz sahili, isti, bayram əhval-ruhiyyəsi. Festivalın təşkilatçıları hər bir detalı yüksək səviyyədə düşünüblər. Təbii ki, bu işdə çox insanın zəhməti var. Ona görə də nəticə göz qabağındadır. Hər kəsi təbrik edirəm” – deyə o əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.