MƏDƏNİYYƏT


“Jara” festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlayıb

Bakı, 27 iyul, AZƏRTAC

Bakıda “Sea Breeze Resort” istirahət mərkəzində “Jara” Beynəlxalq Musiqi Festivalı iştirakçılarının qırmızı xalı üzərində keçidi başlanıb.

AZƏRTAC xəbər verir ki, qırmızı xalıya əvvəlcə festivalın təşkilatçısı, tanınmış bəstəkar və müğənni EMİN övladları ilə birlikdə çıxıb. Daha sonra xalı üzərindən Anita Tsoy və başqa ifaçılar, habelə Oleq Qazmanov, Sergey Kojevnikov ailə üzvləri birlikdə, Yeqor Krit, Valeriya həyat yoldaşı İosif Priqojin ilə birgə keçiblər. Qırmızı xalıda Yuliya Lısenko və Slava Nikitin aparıcılıq edirlər.

Açılış mərasimində məşhur estrada ulduzlarının iştirakı ilə qala-konsert olacaq, 2017-ci ilin populyar hitləri səsləndiriləcək. Festivalın ilk günündə səhnəyə Vera Brejneva, Qriqori Leps, EMİN, LOBODA, MBAND qrupu, Ani Lorak, Valeriya, Qlyuk'oza, Anita Tsoy, Jah Xalib, Maks Barskix, Potap və Nastya, Yeqor Krid, MOT və başqaları çıxacaqlar.

İyulun 28-də birinci hissədə qala-konsert və Sofiya Rotarunun yubileyinə həsr edilmiş proqram təqdim olunacaq. Ertəsi gün “Jara” tamaşaçılarını Alla Puqaçovanın, iyulun 30-da isə Qriqori Lepsin yaradıcılıq gecələri gözləyir.

Xatırladaq ki, festivalda iştirak etmək üçün Bakıya artistlər, musiqiçilər, rəqqaslar və onları müşayiət edən heyətlərlə birlikdə 500-dən çox qonaq gəlib. Bu il festivalı 32 min tamaşaçı canlı izləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.