İQTİSADİYYAT


Jeçko Stankov: Bolqarıstan Azərbaycan təbii qazının bu ölkəyə tezliklə nəqlində maraqlıdır

A+ A

Bakı, 30 sentyabr, AZƏRTAC

Bolqarıstan Azərbaycan təbii qazının bu ölkəyə tezliklə nəqlində maraqlıdır.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə Bolqarıstan energetika nazirinin müavini Jeçko Stankov energetika nazirinin müavinləri Gülməmməd Cavadov və Natiq Abbasovla görüşdə bəyan edib.

Azərbaycanı Bolqarıstanın etibarlı strateji tərəfdaşı kimi xarakterizə edən nümayəndə heyətinin rəhbəri, həmçinin enerji diversifikasiyasının vacibliyi, Bolqarıstanın tranzit imkanları və enerji sahəsində həyata keçiriləcək yeni layihələr, eləcə də dəyəri 1,4-15 milyard avro civarında olan “Balkan” qazpaylayıcı mərkəzinin yaradılması perspektivləri barədə fikirlərini bölüşüb.

Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinə əsaslanan əməkdaşlıq əlaqələrində enerji amili prioritet kəsb edir. Bolqarıstanın “Cənub Qaz Dəhlizi”nə qoşulması istiqamətində IGB (Interconnector Greece-Bulgaria) interkonnektorunun tikintisi, SOCAR-ın “Bulqartransqaz” və “Bulqarqaz” şirkətləri ilə əməkdaşlığı mühüm addımlar kimi qiymətləndirilib.

Qonaqlara Avropaya qaz tədarükünün şaxələnməsində əhəmiyyətli rola malik “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə bağlı son məlumatlar çatdırılıb.

Görüşdə qarşılıqlı maraq doğuran bu və ya digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.