DÜNYA


Jerar Depardye Saransk şəhərində mədəniyyət mərkəzi açıb

A+ A

Bakı, 28 avqust, AZƏRTAC

Rusiyanın Saransk şəhərində dünya şöhrətli fransız aktyoru Jerar Depardyenin adını daşıyan mədəniyyət mərkəzi açılıb.

AZƏRTAC TASS agentliyinə istinadən xəbər verir ki, Saranskda qeydiyyatda olan Rusiya vətəndaşı Jerar Depardye tədbir iştirakçılarını rus dilində salamlayaraq deyib: “Mən fəxr edirəm ki, Saranskda yaşayıram. Dostlarıma, bu işdə mənə kömək edən şəhər rəhbərliyinə minnətdaram. Onlar mənə bu gözəl mərkəzin yaranmasında kömək etdilər. Sevinirəm ki, kinoteatrın qarşısında gözəl məbəd durur. Mədəniyyət və mənəviyyat həmişə, hər yerdə yanaşı addımlayır”, - deyə aktyor vurğulayıb.

Tədbirdə Dövlət mükafatı laureatı, Rusiya Federasiyası Dövlət Film Fondunun baş direktoru Nikolay Borodaçyov çıxış edərək yeni açılan kinomərkəzin gələcək fəaliyyətinə uğurlar arzulayıb.

Bildirilib ki, kinomərkəzdə dörd zal var. Bunlardan ikisi uşaq və ailələr üçün nəzərdə tutulub, eyni zamanda burada 630 nəfərlik kino-konsert zalı da fəaliyyət göstərəcək.

Sonda populyar musiqiçilər konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.