SİYASƏT


“Jewish Journal” qəzetində Bakı ilə San-Diyeqo arasında dostluq münasibətlərindən bəhs edilən məqalə dərc olunub

A+ A

Vaşinqton, 5 noyabr, AZƏRTAC

Amerikada çıxan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin “Xalqların qonşuluğu: Kaliforniya ilə Azərbaycan arasında xüsusi münasibətlər haqqında” sərlövhəli məqaləsi dərc olunub. Materialda Bakının və San-Diyeqonun icra strukturları arasında əlaqələrdən bəhs edilir.

M.Yevdayev yaxın vaxtlarda Kaliforniyaya səfərindən söhbət açaraq bildirir ki, San-Diyeqo şəhərinin Svitzer Haylend rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında qardaşlaşma əlaqələri yaradılması barədə rəsmi saziş imzalanıb. Müəllif yazır ki, bu il oktyabr ayında o, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü, habelə San-Diyeqo və Bakı icmaları arasında qardaşlaşma əlaqələri yaradılmasının beşinci ildönümü münasibətilə bayram şənliklərində iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində San-Diyeqoda olub. Azərbaycanın Los-Ancelesdəki baş konsulu tərəfindən qəbul edilmiş nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Asim Mollazadə və Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov da olub.

Kaliforniya qanunverici məclisinin üzvü Roki Çavez tədbirdə çıxış edərək Birləşmiş Ştatlarla Azərbaycan arasında əlaqələrin əhəmiyyətini və iki lokal icmanın qardaşlaşması nümunəsində yerli səviyyədə bu cür əlaqələr yaradılmasının vacibliyini vurğulayıb.

M.Yevdayev yazır ki, tədbirdə çıxış edən baş konsul Nəsimi Ağayev iki region arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib, San-Diyeqo-Bakı Dostluq Cəmiyyətinin yaradılmasını elan edib. ABŞ Konqresinin San-Diyeqodan olan üzvləri Süzan Deyvis və Xuan Varqas, San-Diyeqo dairəsinin Administratorlar Şurası, habelə Kaliforniya ştatı Senatının üzvləri Marti Blok və Coel Anderson tərəfləri təbrik ediblər.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.