Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Jewish News Service”: Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş təcavüzkar dövlətdir

“Jewish News Service”: Ermənistan Azərbaycanın ərazisinin 20 faizini işğal etmiş təcavüzkar dövlətdir

Bakı, 9 dekabr, AZƏRTAC

AZƏRTAC xəbər verir ki, Amerikanın populyar “Jewish News Service” (JNS) saytında beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qutun “Ermənistanda antisemitizm: birbaşa və aşkar təhdid” sərlövhəli məqaləsi dərc edilib.

Ermənistanda millətçilik və antisemitizm probleminə həsr olunmuş bu məqalənin müəllifi yazır ki, Ermənistanda antisemitizm və ksenofobiya mif deyil, kədərli reallıqdır. Arye Qut yazır: “Ermənistanda azlıq təşkil edən yəhudilərin sayı və yəhudi xalqının oradakı irsi Sovet İttifaqı dağılandan sonra kəskin şəkildə azalıb. Ermənistanda antisemit əhval-ruhiyyənin güclənməsi və bu ölkənin hələ də davam edən iqtisadi iflası yəhudiləri Ermənistandan qaçmağa məcbur edib. Cəmi 20 il ərzində Ermənistanın yəhudi əhalisinin sayı azalaraq 5000 nəfərdən bir neçə yüz nəfərə enib”.

Müəllif qeyd edir ki, Ermənistanda yəhudilərə qarşı “mədəni zorakılıq” tətbiq olunur: antisemit məzmunlu kitablar nəşr edilir, televiziyada bu ruhda verilişlər yayımlanır, Yerevanda Holokost qurbanlarının memorial lövhəsi dəfələrlə murdarlanıb. İsrailli ekspert yazır: “Tamamilə aydındır ki, başqa ölkələrdə də əhalinin bir hissəsinin nadanlığı üzündən belə faktlar baş verir. Ermənistanda isə antisemit baxışlar və fikirlər erməni siyasətçilərinin və Ermənistanın KİV nümayəndələrinin baxışlarının ayrılmaz tərkib hissəsinə çevrilib. 2004-cü ildə iqtidarpərəst radio verilişinin aparıcılarından biri dalbadal bir neçə ay ərzində antisemit əhval-ruhiyyəli çıxışlar edərək, Ermənistanda bu əhval-ruhiyyəni yayırdı. Ermənistanın tanınmış siyasətçilərindən biri tam sərbəst şəkildə yəhudilərə qarşı sensasiyalı təhqiramiz xarakterli bəyanatlarla çıxış edirdi, son nəticədə Ermənistan hökuməti ictimai rəylə hesablaşmağa, həmin siyasətçiyə qarşı tədbirlər görməyə və onu həbsə almağa məcbur oldu.

Antidiffamasiya Liqasının 2014-cü ilin iyun ayında apardığı sonuncu rəy sorğusu göstərib ki, Ermənistanda antisemitizm səviyyəsi (58 faiz) öz miqyasına görə bütün Avropada üçüncü, postsovet məkanında və Şərqi Avropa ölkələri arasında isə ən yüksək olub. Məqalənin müəllifi yazır: “Beləliklə, Ermənistanın 2,2 milyon sakinindən təxminən 1,3 milyonu antisemit əhval-ruhiyyəli insanlardır. Ermənistanda antisemitizmin bu yüksək səviyyəsini yalnız Yaxın Şərqdə İsrailə düşmən olan ərəb ölkələrindəki vəziyyətlə müqayisə etmək olar. Antidiffamasiya Liqası tərəfindən aparılmış sorğunun nəticələrinə görə, ermənilərin 63 faizi yəhudilərə onların davranışına görə nifrət edir, ermənilərin 45 faizi hesab edir ki, yəhudilər Holokost barədə əvvəlki kimi yenə də hədsiz çox danışır, ermənilərin 38 faizinin fikrincə, dünya müharibələrinin əksəriyyətinə görə məsuliyyət yəhudilərin üzərinə düşür. Zənnimcə, bu rəqəmlər Ermənistan cəmiyyətində antisemitizmi aşkar əks etdirir”.

Arye Qut qeyd edir ki, dünya yəhudilərini Ermənistanda antisemitizm problemləri ilə yanaşı bir məsələ də narahat edir ki, ermənilərin millətçiliyi nəticəsində 250.000 azərbaycanlı Ermənistandakı doğma yurdlarını - etnik azərbaycanlıların yaşadığı 172 qəsəbəni, sakinləri qarışıq milli tərkibli 89 kəndi və 6 şəhəri tərk etməyə məcbur olub, bu prosesdə 226 azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib.

Beynəlxalq “Justice for Khojaly” kampaniyasının İsrail dövlətindəki rəsmi əlaqələndiricisi Arye Qut Amerikanın populyar “Jewish News Service” saytında yazır: “Ermənistanın indiki rəhbərliyi tərəfindən təsvirəgəlməz qəddarlıqla törədilmiş Xocalı kütləvi qırğını XX əsrin ən dəhşətli faciələrindən biri olub. Danılmaz tarixi faktdır ki, erməni silahlı qüvvələri Xocalı şəhərini və ətraf ərazini tərk etməyə macal tapmamış Xocalı sakinlərindən heç birinə rəhm etməyiblər. Erməni silahlı qüvvələrinin törətdiyi vəhşiliklər nəticəsində bu sakinlərdən 613-ü qətlə yetirilib, 487-si şikəst edilib, 1275 nəfər qoca, uşaq və qadın əsir götürülərək ağlagəlməz işgəncələrə, qəddar davranışa və təhqirlərə məruz qalıb”.

Müəllif yazır ki, Ermənistan Azərbaycanın ərazisinin 20 faizini, o cümlədən Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmiş təcavüzkar dövlətdir. Ermənistan tərəfindən törədilmiş işğal və etnik təmizləmə nəticəsində bu gün Azərbaycanda bir milyon qaçqın yaşayır. Bu münaqişə və Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi Cənubi Qafqaz regionunda sülhə və təhlükəsizliyə təhdid mənbəyi olaraq qalır.

Müəllif vurğulayır ki, Ermənistanın yəhudi icması İkinci Dünya müharibəsi zamanı Vermaxtın tərkibindəki 2000 nəfərlik Erməni Legionunun qəddarlığını və satqınlığını heç vaxt unutmayıb.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut öz məqaləsini bu fikirlərlə tamamlayır: “Minlərlə yəhudinin qətlə yetirilməsində şəxsən iştirak etmiş millətçi qoşun başçısı Dro başda olmaqla erməni legionunun məqsədi alman ordusu üçün “arzuedilməz” yəhudilərin və başqa millətlərin məhv edilməsi idi. Erməni legionu cəza düşərgələrində ölüm marşları təşkil edirdi. Bu şəraitdə təəccüblənməyə dəyməz ki, Ermənistanın yəhudi əhalisinin əksəriyyəti ya Ermənistandan qaçır, ya da diqqəti çox cəlb etməmək üçün ermənilərlə nikah bağlayırdı. Təəssüf ki, Ermənistan hökuməti ölkədə get-gedə genişlənən antisemitizmi cilovlamaq üçün praktiki olaraq heç bir tədbir görmür. Ermənistan məhdud millətçilik siyasəti yeritdikcə, özünün iqtisadi və siyasi problemlərinə görə başqalarını təqsirləndirdikcə Ermənistanda qalan bir neçə yüz yəhudi əziyyət çəkməkdə davam edəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK