SİYASƏT


“Jewish Press” nəşrində Azərbaycanın strateji əhəmiyyəti haqda məqalə dərc edilib

Vaşinqton, 1 iyun, AZƏRTAC

“Jewish Press” amerika-yəhudi nəşrində İsrailin aparıcı analitik mərkəzinin beynəlxalq əlaqələr üzrə direktoru Maayan Caffe-Hoffmanın “Geosiyasi akupressura” adlı məqaləsi dərc olunub. Materialda Azərbaycanın strateji və geosiyasi əhəmiyyətindən bəhs edilir.

Müəllif yazır ki, Azərbaycan xristian və müsəlman dünyalarının qovuşduğu məkan olmaqla bərabər, həm də çoxminlik yəhudi icmasının vətənidir. M.Caffe-Hoffman vurğulayır ki, İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Azərbaycanda antisemitizm olmadığını dəfələrlə qeyd edib. Azərbaycan enerji ehtiyatlarının mənbəyi və eyni zamanda başqa ölkələrdən Avropaya enerji ehtiyatlar nəqlinin şaxələndirilməsi üçün potensial tranzit dövlətdir. İsrailin baş naziri Binyamin Netanyahu keçən il dekabrda Bakıda səfərdə olarkən İsrail ilə Azərbaycan arasında hərbi əməkdaşlığı yüksək qiymətləndirib.

Azərbaycan ilə iqtisadi sahədə də sıx əlaqələr qurmuş İsrail idxal etdiyi neftin dörddəbir hissəsindən çoxunu Azərbaycandan alır. Bu yaxınlarda Netanyahu Azərbaycanda səfərdə olarkən iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq barədə sazış imzalanıb. Müəllif qeyd edir ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan regional və qlobal konstellyasiyaların mərkəzində yerləşməsindən böyük uğurla istifadə edir və Birləşmiş Ştatlar da diplomatik və siyasi körpülər qurulması, sülhün bərqərar olması üçün bu imkanlardan istifadə etməlidir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.